Dekabrın 21-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov Tovuz şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 09:30-dan etibarən 15 saylı Tovuz Ərazi İdarəsinin inzibati binasında (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 1a) Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşlar üçün keçiriləcək.
Daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı qəbula gəlmək istəyənlər
(055) 223 14 29 nömrəli telefonla və ya
dedkr.15sayli@emlak.gov.az elektron ünvanı vasitəsilə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.